Azərbaycanın kapital bazarında 40 milyard manatlıq ticarət

5 Avqust 2025
13:08
"Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 70 faizə yaxın artıb.
2025-ci ilin yanvar-iyul dövründə (7 ayda) Azərbaycanın kapital bazarında əqdlərin cəmi həcmi 40 milyard 254 milyon 687 min manat təşkil edib.
Bakı Fond Birjasıxəbər verir ki, əqdlərin həcmi 2025-ci ilin 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 68,9 faiz və ya 16 milyard 427 milyon 486 min manat artıb.
2024-cü ilin yanvar-iyul dövründə (7 ayda) Azərbaycanın kapital bazarında əqdlərin cəmi həcmi 23 milyard 827 milyon 201 min manat təşkil etmişdi.
Əqdlərin həcminin kəskin artması REPO Əməliyyatları üzrə əqdlərin həcminin kəskin artması ilə əlaqədardır.
Əqdlərin ümumi həcminin 85,2%-i və ya 34 milyard 278 milyon 43 min manatı REPO Əməliyyatlarının payına düşüb.