Ən çox ipoteka kreditləri ayıran banklar hansılardır?

Ən çox ipoteka kreditləri ayıran
5 Avqust 2025 09:18

Ölkə banklarının 2025-ci ilin ikinci rübünə (aprel-iyun) dair ipoteka kreditləri portfelinin həcminə görə reytinqi açıqlanıb. 

Təqdim olunan reytinqə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB) ipoteka kreditləri bazarında lider mövqeyini qətiyyətlə qoruyur. Bankın 1 milyard 474 milyon 697 min 110 manat həcmində ipoteka kreditləri portfeli bazarın ən böyük payına sahib olduğunu göstərir. 

Reytinqin ikinci pilləsində 602 milyon 618 min manatlıq ipoteka portfeli ilə "Kapital Bank" yer alıb. Geniş filial şəbəkəsi və müştəri mərkəzli xidmətləri ilə seçilən bank, ipoteka kreditləşməsində də öz əhəmiyyətli mövqeyini təsdiqləyir.

Üçüncü yeri isə 505 milyon 488 min 265 manat həcmində kredit portfeli ilə "Xalq Bank" tutur.

Siyahıda digər bankların ipoteka kreditləri portfellərinin həcmi aşağıdakı kimi təqdim olunur:

  • PAŞA Bank – 232 milyon 128 min manat

  • Azər Türk Bank – 202 milyon 694 min manat

  • Bank BTB – 189 milyon 169 min manat

  • Rabitəbank – 172 milyon 499 min 690 manat

  • Bank Respublika – 159 milyon 484 min 216 manat

  • TuranBank – 134 milyon 292 min manat

  • Expressbank – 117 milyon 838 min manat

  • Unibank – 100 milyon 460 min 6 manat

  • Yelo Bank – 90 milyon 782 min 180 manat

  • Premium Bank – 74 milyon 846 min manat

  • AFB Bank – 69 milyon 262 min 630 manat

  • Bank VTB (Azərbaycan) – 61 milyon 469 min manat

  • Bank Avrasiya – 58 milyon 534 min 310 manat

  • Yapı Kredi Bank Azərbaycan – 55 milyon 617 min 830 manat

  • Bank of Baku – 53 milyon 370 min 970 manat

  • Ziraat Bank Azərbaycan – 33 milyon 68 min 100 manat

  • ASB Bank – 23 milyon 555 min 530 manat

  • AccessBank – 18 milyon 236 min manat

MONETAR.AZ


Oxşar xəbərlər