Hansı banka depozit qoymaq daha sərfəlidir?

5 Avqust 2025
15:42
2025-ci ilin avqust ayı üzrə təklif etdikləri depozit faizlərini araşdırılıb.
Araşdırmamıza görə, hazırda bank depozitlər üçün aylıq və müddətin sonunda 12% gəlirlilik təklif edir. Bunlar Bank of Baku, Bank BTB, Bank VTB, TuranBank, Yelo Bank və AFB Bank-dır.
Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.