Türk lirəsi iyulda da dəyər itirdi

Türkiyə Mərkəzi Bankı iyul ayına dair real effektiv məzənnə (REK) göstəricilərini açıqlayıb.
İstehlak Qiymətləri İndeksi (İQİ) əsasında hesablanan REK iyulda əvvəlki aya nisbətən 0,66 bənd azalaraq 69,36 səviyyəsinə enib.
Mərkəzi Bankın məlumatına görə, REK indeksindəki azalmanın əsas səbəbi inflyasiya (İQİ) artımına baxmayaraq, xarici valyutaların məzənnələrindəki yüksəlişin daha təsirli olmasıdır.
Açıqlamada qeyd olunur ki, iyul ayında Türk Lirəsi ABŞ dolları qarşısında 1,95 %, avro qarşısında isə 3,65 % dəyər itirib.
Real effektiv məzənnə Türk Lirəsinin əsas ticarət tərəfdaşı olan ölkələrin valyutaları qarşısında nisbi dəyərini ölçür. Bu göstərici hesablanarkən valyuta məzənnəsindən əlavə ölkələr arasındakı inflyasiya fərqi də nəzərə alınır. İndeksin düşməsi Türk Lirəsinin real mənada dəyərini itirdiyini, artması isə gücləndiyini göstərir.
MONETAR.AZ