Fond bazarlarında yüksəliş: ABŞ və Avropa "yaşıl"a boyandı

Amerikanın əsas indeksləri yüksəlişlə bağlandı. Bu artımın əsas səbəbi, investorların ABŞ-da əmək bazarının sabitliyi və texnologiya şirkətlərinin güclü qazancından həvəslənməsidir.
-
Nasdaq Composite: 1,21% artaraq 21 169,43 bəndə yüksəlib.
-
S&P 500: 0,73% artaraq 6 345,06 bənd səviyyəsinə çatıb.
-
Dow Jones: 0,18% artaraq 44 193,12 bənd təşkil edib.
Kanadada da oxşar vəziyyət yaşanıb: S&P/TSX Composite indeksi 1,27% artımla 27 920,87 bəndə yüksəlib.
Avropada da fond bazarları müsbət tendensiya ilə davam edib. Analitiklər bunu inflyasiyanın nəzarət altına alınması və iqtisadi tənəzzül riskinin azalması ilə əlaqələndirirlər.
-
Almaniya (DAX): 0,33% artaraq 23 924,36 bənd olub.
-
Böyük Britaniya (FTSE 100): 0,24% artaraq 9 164,31 bənd səviyyəsinə çatıb.
-
Fransa (CAC 40): 0,18% artaraq 7 635,03 bənd təşkil edib.
-
İspaniya (IBEX 35): 0,90% artaraq 14 536,60 bəndə yüksəlib.
MONETAR.AZ