Qızıl niyə bahalaşır? - Dolların zəifləməsinin səbəbləri

Qızıl niyə bahalaşır? -
5 Avqust 2025 09:08

Qızılın qiyməti dünya valyutaları qarşısında dəyər itirən dolların fonunda yüksəlir.

Nyu-Yorkun “Comex” birjasında dekabr ayı üçün qızılın bir troya unsiyası 26,6 dollar  bahalaşaraq 3 426 dollara çatıb.

Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşlarının valyuta səbətinə nisbətən dəyəri) eyni zamanda 0,34% azalaraq 98,8 bəndə düşüb. Dolların zəifləməsi qızıla olan tələbi artırır, çünki bu, qızılı digər valyutalarla almağı daha sərfəli edir.

Treyderlər, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələcək pul siyasətini dəyərləndirirlər. “CME Group”un məlumatına əsasən, analitiklərin demək olar ki, 86 faizi FED-in sentyabr ayında uçot dərəcəsini indiki 4,25-4,5%-dən 4-4,25%-ə endirəcəyini proqnozlaşdırır. Faiz dərəcələrinin enməsi qeyri-gəlirli aktiv olan qızılın cəlbediciliyini artırır.

MONETAR.AZ


Oxşar xəbərlər