Rusiya hökuməti benzin ixracına qadağa qoydu

Rusiya hökuməti benzin ixracına
29 İyul 2025 01:43

Rusiya hökuməti avqustun 31-dək benzin ixracına müvəqqəti qadağa qoyub.

 Rusiya hökumətinin verdiyi yazılı açıqlamada ölkədə yanacaq bazarında sabitliyin qorunması üçün tədbir görüldüyü bildirilib.

Açıqlamada, bu tədbirlər çərçivəsində 31 avqusta qədər benzin ixracının müvəqqəti olaraq qadağan edildiyi qeyd olunub.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak 9 iyulda ölkədə artan yanacaq qiymətləri səbəbilə sektor təmsilçiləri ilə görüş keçirmiş və qiymətlərə görə zəruri tədbirlərin görülməsi barədə göstəriş vermişdi.

Rusiyada neft emalı zavodlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumlarına məruz qalması və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbat səbəbindən benzin qiymətlərində dövri artımlar müşahidə olunur.


Oxşar xəbərlər