Neft qiymətləri ilə bağlı risklər artır

4 Avqust 2025
09:41
Goldman Sachs 2025-ci ilin dördüncü rübü üçün Brent neftinin qiymətinin 64 dollar, 2026-cı ildə isə 56 dollar olacağı proqnozunu yeniləyib.
Bankın açıqlamasına görə Rusiyaya və İrana qarşı sanksiyaların bu ölkələrin neft istehsalına təsir etməsi qiymətlər üçün yuxarı istiqamətli risklər yaradıb. Ayrıca ehtiyat istehsal gücünün daha sürətli bərpa olunması bu riski artırır.
Goldman Sachs 2025-2026-cı illər üçün gündəlik 800 min barel neft tələbinin artacağını proqnozlaşdırsa da ABŞ-ın gömrük rüsumlarını artırması və zəif iqtisadi məlumatların tələbi aşağı çəkə biləcəyini bildirib.
Bank ABŞ iqtisadiyyatının daha zəif böyüdüyünü və resessiya riskinin artdığını da vurğulayıb.
MONETAR.AZ