Bazar iştirakçıları Rusiya ilə bağlı təchizat risklərini dəyərləndirir

Neft 3 günlük enişdən sonra tarazlıq tapmağa çalışır. İnvestorlar Rusiyadan gələn təchizatla bağlı riskləri qiymətləndirərkən, ABŞ prezidenti Donald Trampın Hindistanı Moskvadan neft almasına görə cəzalandırmaqla hədələməsi bazara təsir edib.
Brent markalı neftin bir bareli ümumilikdə 6 faizdən çox ucuzlaşıb. ABŞ xam nefti (WTI) isə 66 dollar səviyyəsində qərarlaşıb. Tramp Hindistanın Rusiya nefti almağa davam etməsi səbəbindən bu ölkənin ABŞ-a ixracına tətbiq edilən tarifləri "xeyli artıracağını" bildirib. Hindistan bu addımı "ədalətsiz" adlandırıb.
Neft qiymətləri son 3 aydakı yüksəlişdən sonra son günlərdə eniş meylindədir. Bu zəifləmənin əsas səbəbləri arasında Trampın daha geniş ticarət tədbirləri ilə birlikdə dünyanın ən böyük iqtisadiyyatının yavaşladığına dair əlamətlər və OPEC+ qrupunun hasilat məhdudiyyətlərini yumşaltması yer alır.
MONETAR.AZ