ABŞ-da çip istehsalı başlanır: Trampın yeni planı

7 Avqust 2025
08:41
ABŞ Prezidenti Donald Tramp ölkəyə gətirilən çiplərə təxminən 100 % gömrük rüsumu tətbiq ediləcəyini açıqladı.
Bu qərarın əsas məqsədi çip istehsalını xaricdən ABŞ-a qaytarmaqdır. Tramp yüksək rüsumun yalnız çipləri xaricdə istehsal edən şirkətlərə aid olacağını bildirdi. Əgər bir şirkət ABŞ-da istehsal edəcəyini vəd edirsə, o zaman rüsum ödəməyəcək.
Bu açıqlamadan sonra Apple şirkətinin rəhbəri Tim Kuk ABŞ-da yeni layihələrə 100 milyard dollar sərmayə qoyacaqlarını elan etdi. Bu addım, Appleın yeni gömrük rüsumundan yayınmaq üçün atdığı bir addım kimi qəbul edildi.
Mütəxəssislər bu qərarın elektron məhsulların qiymətini artıracağını, lakin eyni zamanda ABŞ-da çip istehsalını sürətləndirəcəyini və yeni iş yerləri açacağını deyirlər.
MONETAR.AZ