Ukraynada 10 qəpiklik xırda pullar dövriyyədən çıxır

7 Avqust 2025
09:23
Oktyabr ayından Ukrayna Milli Bankı 10 qəpik nominallı xırda pulları dövriyyədən çıxarmağa çalışacaq. Bununla paralel olaraq yeni 10 qəpiklik sikkələrin zərb edilməsi də dayanacaq.
Adıçəkilən 10 qəpiklik xırda pullar artıq çoxdan banklara və ticarət şəbəkələrinə lazım deyil. Belə ki, onlar öz ödəmə qabiliyyətini itiriblər. Bu haqda " Ölkə Siyasəti" teleqram kanalı məlumat yayıb. Onların fikrincə bunun davamı olaraq 50 qəpiklik xırda pullar da yavaş yavaş dövriyyədən çıxarılmalıdır.
Ukraynada hələlik iki nominallı - 10 və 50 qəpiklik xırda pullar qalıb. Belə ki, 1,2,5 və 25 qəpikliklər artıq yığışdırılıb.
MONETAR.AZ