Oqtay Şirəliyevin qohumu Səhiyyə Nazirliyinin 4 milyonluq tenderini udub

7 Avqust 2025
12:02
Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin xəstəliklərin profilaktikasında və müalicəsində istifadə edilən dərman preparatlarının satın alınması ilə bağlı tenderinə yekun vurulub.
“PostMedia” xəbər verir ki, bu satınalma müsabiqəsinin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.
Səhiyyə Nazirliyi qalib şirkətə 3 867 422,16 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 4 000 manat olan "Zeytun Pharmaceuticals"in qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Yerli mediada sabiq səhiyyə naziri Oktay Şirəliyevin qohumu kimi adı keçən Bəhruz Şirəliyev həm də 2007-2017-ci illərdə faliyyət göstərmiş “Rəvan” Futbol Klubunun vitse-prezidenti olub.