Bitki yağlarının qiyməti son 3 ilin ən yüksək səviyyəsinə çatıb

8 Avqust 2025
16:05
Qlobal ərzaq qiymətlərinin artması fonunda bitki yağlarının da qiymətində kəskin yüksəliş qeydə alınıb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə Bitki Yağı Qiymət İndeksi iyul ayında 7,1 faiz artaraq 166,8 bal təşkil edib və son 3 ilin ən yüksək səviyyəsinə çatıb.
Palma, soya və günəbaxan yağı qiymətlərindəki artım, kolza yağının qiymətindəki enişi tamamilə kompensasiya edib.
Günəbaxan yağı qiymətlərinin yüksəlməsinin əsas səbəbi Qara dəniz regionunda təklifin azalmasıdır.
Soya yağının qiyməti isə Amerika qitəsində bioloji yanacaq sektorundan gələn güclü tələbat səbəbindən artıb.
MONETAR.AZ