Avropa ölkələri qızıl ehtiyatını ABŞ-dan çıxarmaq istəyir.

Avropa ölkələri qızıl ehtiyatını
8 Avqust 2025 12:28

Onilliklər boyu dünyanın bir çox nəhəng ölkəsi öz qızıl ehtiyatlarını ABŞ-da saxlayıb, Birləşmiş Ştatları təhlükəsizlik qarantı kimi qəbul edib. Lakin bu ənənəvi əməkdaşlıq hazırda təhlükə altındadır. Böyük qızıl ehtiyatlarına malik olan Almaniya və İtaliya kimi ölkələr öz ehtiyatlarını ABŞ-dan geri çəkmək niyyətlərini açıq şəkildə ifadə edirlər.

Bəs bu demarşın arxasında nə dayanır?

Siyasi kapriz, yoxsa ABŞ-ın dəyişən iqtisadi siyasətinə və prinsiplərinə qarşı inamın itməsi?

Hazırda ABŞ 8,1 min tona yaxın qızıl ehtiyatı ilə dünyanın ən böyük qızıl sahibidir. Qızılın artan qiymətini nəzərə alsaq bu, təxminən 880 milyard dollara bərabərdir. Bununla yanaşı, ABŞ həm də Almaniya, İtaliya, Niderland, Polşa və digər ölkələrin qızıl ehtiyatlarını özündə saxlayır. Bu əməkdaşlığın əsas səbəbi qarşılıqlı müttəfiqlik və təhlükəsizlik zəmanəti olub.

Lakin vəziyyət getdikcə dəyişir. Ekspertlər qeyd edir ki, Almaniya və İtaliya kimi ölkələr qızıl ehtiyatlarının repatriasiyasının, yəni öz ölkələrinə qaytarılmasının zəruriliyi haqqında getdikcə daha çox danışırlar. Bu, 1960-cı illərdə Böyük Britaniya və Fransanın, 2014-cü ildə isə Niderlandın atdığı addımları xatırladır.

Almaniya və İtaliyanı bu addıma nə sövq edir?

Avropa Vergi Ödəyiciləri Assosiasiyasının prezidenti Mixael Yeqer əsas səbəb kimi Donald Trampın fəaliyyətini göstərir. Trampın ABŞ Mərkəzi Bankının (Federal Ehtiyat Sistemi) müstəqilliyinə olan "təcavüzü" narahatlıq doğurur. Məsələn, Tramp ABŞ iqtisadiyyatının böyüməsi üçün aşağı faiz dərəcələri siyasətini dəstəkləyir ki, bu da yüksək inflyasiya riski yaradır. Federal Ehtiyat Sisteminin hazırkı sədri Cerom Pauell isə bu siyasətlə razılaşmır. 


Oxşar xəbərlər