İki avtomobil nəhəngi birgə istehsala başlayır

İki avtomobil nəhəngi
8 Avqust 2025 14:09

General Motors (GM) və Hyundai avtomobil nəhəngləri xərcləri azaltmaq və Çinli rəqiblərlə rəqabətdə üstünlük əldə etmək məqsədilə beş yeni avtomobil modeli hazırlayacaqlarını açıqlayıblar. Bu avtomobillərdən dördü 2028-ci ildə Latın Amerikası bazarına çıxarılacaq.

Avtomobil sənayesinin iki nəhəngi olan General Motors (GM) və Hyundai Çinli rəqiblərin artan təzyiqinə qarşı birləşərək 5 yeni modelin hazırlanması barədə qərar verib. Bu addımla hədəfləri xərcləri azaltmaq olan iki şirkət xüsusilə Latın Amerikası bazarına diqqət yetirəcək.

Çərşənbə günü GM və Hyundai tərəfindən elan edilən birgə plan çərçivəsində inkişaf etdiriləcək 5 avtomobildən 4-ü 2028-ci ildə Mərkəzi və Cənubi Amerikada satışa təqdim olunacaq. Bu modellər arasında kompakt SUV adi avtomobil, pikap və orta ölçülü pikap olacaq. Həm daxili yanma mühərrikləri, həm də hibrid güc ötürmə sistemləri ilə təchiz ediləcək bu avtomobillər vasitəsilə şirkətlər Latın Amerikasındakı bazar paylarını artırmağı hədəfləyirlər.

MONETAR.AZ


Oxşar xəbərlər