Ət bütün dünyada bahalaşır - səbəblər

Ət bütün dünyada bahalaşır -
8 Avqust 2025 16:03

Qlobal ərzaq bazarlarında ət qiymətləri iyul ayında tarixi rekord səviyyəsinə yüksəlib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO Ət Qiymət İndeksi iyulda 1,2% artaraq 127,3 bala çatıb. Bu, indeksin tarixində ən yüksək göstəricidir.

Qiymətlərdəki bu kəskin yüksəlişə əsasən mal və qoyun ətinin bahalaşması səbəb olub. Quş ətinin qiymətində isə cüzi artım müşahidə edilib.

Mal ətinin rekord səviyyəyə çatmasının başlıca səbəbi kimi Avstraliya, Braziliya, Çin və ABŞ-dan gələn güclü tələbat göstərilir. Bu tələbat ixrac üçün nəzərdə tutulan təklifi üstələyərək qiymətləri yuxarı itələyib.

Qoyun ətinin qiyməti isə dördüncü aydır ki, ardıcıl olaraq artmağa davam edir. Bu da ümumi indeksin yüksəlməsində əhəmiyyətli rol oynayıb.

MONETAR.AZ


Oxşar xəbərlər