Bitcoin 116 min dolları keçdi

Bitcoin 116 min
8 Avqust 2025 09:55

Son günlərdə 114 min dollar ətrafında sabitləşən Bitcoin bu gün 116 səviyyəsinə yüksəlib. Ötən gün 2,06%, son 7 gündə isə 0,72% artım müşahidə olunub. Analitiklərin fikrincə, əgər bu qiymət səviyyəsi qorunarsa, Bitcoinin növbəti hədəfi 120 min dollar ola bilər.

Bitcoinin hazırkı bazar dəyəri təxminən 2,32 trilyon dollar, gündəlik ticarət həcmi isə 66,5 milyard dollara yaxınlaşır. Dövriyyədə olan Bitcoin sayı 19,9 milyon təşkil edir ki, bu da maksimum təklif limiti olan 21 milyona yaxınlaşdığını göstərir.

Bitcoin ilin əvvəlindən bu günə qədər qiymətində 23,56% artım qeydə alınıb.

MONETAR.AZ


Oxşar xəbərlər