Fond birjalarında ziddiyyətli nəticələr

Fond birjalarında
8 Avqust 2025 09:01

8 avqust 2025-ci il tarixində dünya fond bazarlarında müxtəlif tendensiyalar müşahidə olunub. ABŞ-ın iki əsas indeksi olan Dow-Jones və S&P 500 günü mənfi nəticələrlə başa vurub. Dow-Jones indeksi 224,48 bal azalaraq 43 968,64, S&P 500 isə 5,06 bal itirərək 6 340,00 səviyyəsinə enib.  Nasdaq indeksi 73,27 bal artımla 21 242,70-ə yüksəlib.

Asiya və Avropada isə artımlar üstünlük təşkil edib. Yaponiyanın Nikkei indeksi 858,57 bal, Almaniyanın Dax indeksi isə 268,14 bal bahalaşıb. Fransanın CAC 40 və Türkiyənin BIST 100 indeksləri də müsbət nəticələrlə günü yekunlaşdırıb. 

MONETAR.AZ


Oxşar xəbərlər