Tibb Universiteti vergi borcu olan şirkətlə 411 minlik müqavilə imzaladı

Tibb Universiteti vergi borcu olan şirkətlə
8 Avqust 2025 16:54

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən laboratoriya avadanlıqlarının alınması ilə bağlı elan edilən tenderə yekun vurulub.

PostMedia” xəbər verir ki, müsabiqənin qalibi “Medlab Şamaxı” MMC olub.

Qalib şirkət 411 471,7 manatlıq müqavilənin qarşılığında 952 adda xidmət və ya məhul təqdim edəcək.

Qeyd edək ki, 2019-cu ildə dövlət qeydiyyatına alınan “Medlab Şamaxı”nın qanuni təmsilçisi İskender Karaltıdır.

Qurumun dövlət büdcəsinə 1 576,92 manat vergi borcu var.


Oxşar xəbərlər