Bağlanmış 4 bankın əmlakı hərracda satılacaq

Avqustun 13-də Bakı Hərrac Mərkəzində ləğv prosesində olan "Zamin Bank", "Texnika Bank", "Günay Bank" və "Dəmir Bank"ın daşınmaz əmlaklarının satışı üzrə hərrac keçiriləcək.
Bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, hərracda satışa çıxarılan əmlaklar aşağıdakılardır:
-
"Zamin Bank" ASC-yə məxsus:
-
Bakı, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 145 ünvanında yerləşən, dəyərləri müvafiq olaraq 190 min manat (80,3 kv.metr), 326 min manat (143,4 kv.metr) və 491 min manat (216,3 kv.metr) olan 3 ədəd qeyri-yaşayış sahəsi.
-
Bakı, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 83 ünvanında yerləşən, dəyəri 115 min 420 manat olan 71,69 kv.metrlik mənzil.
-
-
"Texnika Bank" ASC-yə məxsus:
-
Bakı, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 245 min manat olan 111,5 kv.metrlik qeyri-yaşayış sahəsi.
-
-
"Günay Bank" ASC-yə məxsus:
-
Bakı, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 3a ünvanında yerləşən, dəyəri 800 min manat olan 270,6 kv.metrlik qeyri-yaşayış sahəsi.
-
-
"Dəmir Bank" ASC-yə məxsus:
-
Sumqayıt şəhəri, Sənaye zonası, Metallurq küçəsindəki istifadədə olan, dəyəri 260 min manat olan 126,5 kv.metrlik qeyri-yaşayış sahəsi.
-
MONETAR.AZ