Tramp Çini yenə hədələdi

Tramp Çini
7 Avqust 2025 14:27

ABŞ Prezidenti Donald Tramp Çinin Rusiyadan böyük həcmdə neft idxal etməsi səbəbindən Pekinə qarşı yeni ticarət rüsumları tətbiq edə biləcəyini açıqlayıb. Bu bəyanat Hindistan mallarına qarşı oxşar səbəblərlə tətbiq edilən yeni rüsumlardan sonra verilib.

Prezident Tramp jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı qəti qərarın hələ verilmədiyini, lakin belə bir addımın mümkün olduğunu bildirib: "Hələ bilmirəm. Dəqiq deyə bilmərəm. Ancaq bunu edə bilərəm, necə ki, Hindistana etdik."

Qeyd edək ki, Çin mallarına qarşı əlavə rüsumların tətbiqi, onsuz da yüksək olan tarifləri daha da artıracaq. Son aylarda Çindən ABŞ-a ixracatın həcmi xeyli azalıb və Pekin bu vəziyyətə cavab olaraq bir sıra addımlar atıb.

Çin, ABŞ ilə ticarət gərginliyi fonunda Rusiyadan idxalı artırıb. Belə ki, iyul ayında Çinin Rusiyadan idxalının həcmi 10,06 milyard dollara çatıb ki, bu da mart ayından bəri ən yüksək göstəricidir. Bununla belə, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz aşağıdır.

Ağ Evin ticarət məsləhətçisi Piter Navarro isə Çinə qarşı yeni rüsumların tətbiq olunacağına dair şübhələrini ifadə edib. O, yüksək rüsumların ABŞ iqtisadiyyatına da ziyan vura biləcəyini vurğulayıb. Navarro bu barədə verdiyi açıqlamada deyib: "Gəlin baxaq nə baş verəcək. Biz artıq Çinə 50 faizlik rüsum tətbiq etmişik. Lakin özümüzə də ziyan vura biləcək həddə çatmaq istəmirik."

MONETAR.AZ


Oxşar xəbərlər