Dənizkənarı Bulvar İdarəsi kvadratmetri 4 manata qazon alır

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsi ot örtüyünün (qazon) satın alınmasını elan edir.
Satınalmanın proqnozlaşdırılan qiyməti 40 710,00 AZN təşkil edir. Müsabiqənin şərtlərinə əsasən, tədarük ediləcək ot örtüyü (qazon) təbii, enliyarpaq, quraqlığa və soyuğa davamlı olmalı, rulon formasında təqdim edilməlidir. Torpaq qatının qalınlığı 2,0-4,0 sm, ot örtüyünün hündürlüyü isə 2,5-6,0 sm arasında olmalıdır. Müsabiqə çərçivəsində 10 000 kvadratmetr qazonun satın alınması nəzərdə tutulub.
Hesablamaya əsasən, bir kvadratmetr qazonun ehtimal olunan qiyməti təxminən 4 manat 7 qəpiyə başa gələcək.
Müsabiqə elanı 2025-ci il iyulun 8-də dərc edilib. Təkliflərin təqdim olunması üçün son tarix və zərflərin açılış vaxtı 2025-ci il iyulun 29-u, saat 17:10 müəyyən edilib.
Müsabiqənin təşkilatçısı olan idarənin VÖEN-i 1700865471, ünvanı isə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 2A-dır.
MONETAR.AZ