Bitcoin yeni rekordun bir addımlığında

Bitcoin yeni rekordun
11 Avqust 2025 11:08

Dünyanın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti Bakı vaxtı ilə səhər saat 09:00-a olan məlumata əsasən, 3,4 % artaraq 122 084,1 ABŞ dollarına çatıb. Beləliklə, Bitcoin iyulun ortalarında qeydə alınan və 123 000 dolları ötən rekord səviyyəsindən bir addımlıq məsafədədir.

Dünyanın ikinci ən böyük kriptovalyutası olan Ethereum da ötən həftə 4 000 dollar səviyyəsini keçdikdən sonra artım nümayiş etdirir.

Hazırda onun qiyməti 4 324,54 ABŞ dolları təşkil edir ki, bu da əvvəlki bağlanış qiyməti ilə müqayisədə 1,58 % artım deməkdir.

Ethereum 2021-ci ildə əldə etdiyi rekord həddə yaxınlaşır.

MONETAR.AZ


Oxşar xəbərlər