Türkiyədə işləyənlərin gələcəyini təhdid edən 3 əsas problem

Türkiyədə işləyənlərin gələcəyini
11 Avqust 2025 12:06

Türkiyədə çalışanlar gələcəklərinə dair ciddi narahatlıqlar yaşayırlar. Sosial Təminat İdarəsinin (SGK) eksperti Özgür Erdursunun fikrincə, bu narahatlıqların əsas səbəbi üç böyük problemdir: aşağı gəlir, iş həyatı boyu qənaət edə və təqaüdə çıxanda lazımi birdəfəlik ödənişlər ala bilməmək.

Həm özəl, həm də dövlət sektorunda çalışanların gəlirləri əsas ehtiyacları – kirayə, qida, enerji və nəqliyyat xərclərini qarşılamağa yetdiyindən, qənaət etmək imkanları məhduddur. Nəticədə, uzun illər çalışsa belə onların əhəmiyyətli bir yığımı olmur.

Bu problemlərdən biri də əmək stajı müavinətinin (kıdem tazminatı) yetərsiz olmasıdır. Bu müavinət işçinin illər boyu sərf etdiyi əməyinin qarşılığı sayılsa da, bir çox işçi bu haqdan faydalana bilmir. Məsələn, özəl sektorda tez-tez iş yerini dəyişdirənlər bu haqqı itirə bilər. Həmçinin, "Bağ-Kur" sistemində olan, yəni öz işini quran və ya sərbəst çalışan şəxslər təqaüdə çıxarkən bu müavinəti heç ala bilmirlər. Onlara yalnız aylıq təqaüd təyin olunur.

Dövlət işçiləri isə təqaüdə çıxanda xidmət müddətinə görə birdəfəlik müavinət alsalar da, bu məbləğ də müasir iqtisadi şəraitdə, xüsusən də mənzil qiymətləri ilə müqayisədə çox aşağı qalır. Məsələn, 25 il işləyən bir dövlət qulluqçusunun alacağı məbləğ maliyyə təhlükəsizliyini təmin etmək üçün yetərli olmur.

MONETAR.AZ


Oxşar xəbərlər