2024-cü illə müqayisədə büdcədən hansı sahəyə daha çox pul ayrılıb?

2024-cü illə müqayisədə büdcədən
11 Avqust 2025 15:03

Maliyyə Nazirliyi 2024-cü ilin I yarımili üzrə dövlət büdcəsinin icrası ilə bağlı təqdimat hazırlayıb. 

Məlumata görə, dövlət büdcəsi üzrə ən yüksək artım müdafiə və milli təhlükəsizlik xərclərində müşahidə olunub. Bu sahə üzrə ayrılan vəsait 802,5 milyon manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,3 % artım deməkdir.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələrinə yönəldilən xərclər isə 44,4 milyon manat olub. Bu sahədə artım 22,2 % təşkil edib.

Dövlətin kənd təsərrüfatına olan dəstəyi də artırılıb və bu sahəyə ayrılan vəsait 97,8 milyon manat olub, artım faizi isə 19,9 %-dir.

Hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyətinin fəaliyyətinə ayrılan vəsait 124,5 milyon manat olub, bu sahədə 10,7 % artım təmin edilib.

Sosial müdafiə və sosial təminat sahələrində də mühüm artım qeydə alınıb, bu sahə üzrə xərclər 106,6 milyon manat təşkil edir, artım faizi 5,1 %-dir.

Bundan əlavə, təhsil sahəsinə ayrılan vəsait 233,5 milyon manat olub, təhsil sahəsindəki artım isə 10,4 %-dir.

MONETAR.AZ


Oxşar xəbərlər