Tacəddin Mustafayev Avropa bankından 7 milyon dollar aldı

Tacəddin Mustafayev
11 Avqust 2025 12:36

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın aparıcı mebel istehsalçısı və pərakəndə satış şirkəti olan "Saloğlu"nun inkişafını dəstəkləmək məqsədilə şirkətə 7 milyon ABŞ dolları ekvivalenti məbləğində yerli valyutada kredit ayırır.

Bu vəsait şirkətin rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəldiləcəkdir.

Kredit vəsaiti "Saloğlu"nun Ağstafa rayonunda yerləşən istehsal müəssisəsi üçün yeni istehsal avadanlıqlarının alınması və ölkə üzrə fəaliyyət göstərən pərakəndə satış mağazalarının təmir-bərpası nəzərdə tutulur.

2000-ci ildə təsis edilmiş Saloğlu şirkəti qonaq və yataq otaqları üçün yumşaq mebel dəstlərinin istehsalı, o cümlədən döşəklər və kreslolar kimi məhsulların istehsalı üzrə ixtisaslaşmışdır. Bununla yanaşı, şirkət Türkiyə, İtaliya və ABŞ istehsalı olan məşhur brendlərin Azərbaycandakı rəsmi distribütoru kimi də fəaliyyət göstərir.

Saloğlu AYİB-in uzunmüddətli tərəfdaşlarından biridir. Şirkət ilk olaraq AYİB ilə Bankın Avropa İttifaqı və Kiçik Biznesə Təsir Fondu tərəfindən maliyyələşdirilən kiçik bizneslərə məsləhət proqramı çərçivəsində rəqabət qabiliyyətinin artırılması məqsədilə əməkdaşlıq etmişdir.

Şirkət davamlı inkişaf əldə etdikdən sonra Ağstafa rayonunda enerji səmərəli istehsal müəssisəsi və Bakı şəhərində anbarın tikintisini maliyyələşdirmək üçün AYİB-dən 4 milyon avro ekvivalentində yerli valyutada kredit əldə etmişdir.

AYİB Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstək verən aparıcı institusional investorlardan biridir. Bank bu günədək ölkədə 200-ə yaxın layihə üzrə ümumilikdə 3.65 milyard avro həcmində investisiya həyata keçirmişdir.

 Qeyd edək ki, “Saloğlu” Mebel Firmasının təsisçisi iş adamı Tacəddin Mustafayevdir.  

MONETAR.AZ


Oxşar xəbərlər