İşğaldan azad edilmiş ərazilərə xərclənən büdcə pullları

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpasına dair xərclər açıqlanıb.
Maliyyə Nazirliyinin aşıqladığı məlumata əsasən, 2025-ci ilin birinci yarısında dövlət büdcəsindən bu məqsədlə 1,552 milyard manat ayrılıb.
Vəsaitin əsas hissəsi infrastruktur layihələrinə yönəldilib. Bu sahəyə ümumilikdə 1,353 milyard manat xərclənib. İnfrastruktur xərcləri aşağıdakı kimi bölünüb:
-
Avtomobil yollarının layihələndirilməsi və tikintisi: 1,058 milyard manat
-
Yeni yaşayış komplekslərinin tikintisi: 239,5 milyon manat
-
Su xətləri, kollektorlar və qurğular: 33,7 milyon manat
-
Sənaye parkları və infrastruktur: 20,5 milyon manat
-
Elektrik təchizatı işləri: 1,7 milyon manat
İkinci böyük xərc sahəsi təhsil, səhiyyə, mədəniyyət və idman yönümlü sosial layihələrdir. Bu layihələrə 182 milyon manat vəsait ayrılıb.
Həmçinin, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işlərinə də böyük əhəmiyyət verilib. Bu məqsədlə 16,8 milyon manat vəsait xərclənib.
MONETAR.AZ