Su basan tunelin tikintisini həyata keçirən şirkət hərracın qalibi oldu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən növbəti hərracda Balakən rayonunda yerləşən “Katexçay” qum-çınqıl yatağı (1,15 ha) və Oğuz rayonunda olan Muxas-Daşağılçay” qum-çınqıl yatağı (16 ha) və “Nic” gil yatağı (3,5 ha) ) istifadəyə verilib.
Hərracda Oğuz rayonunun “Muxas-Daşağılçay” qum-çınqıl yataqları üzrə dörd LOT təklif edilib:
-
LOT-1 - Həcmi 60000 m³, sahəsi 3 ha, istismar müddəti 10 ay, başlanğıc qiyməti 6000 AZN, yekun qiyməti 6400 AZN olub. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC .
-
LOT-2 - Həcmi 70000 m³, sahəsi 3.5 ha, istismar müddəti 10 ay, başlanğıc qiyməti 7000 AZN, yekun qiyməti 7550 AZN olub. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC .
-
LOT-3 - Həcmi 90000 m³, sahəsi 4.5 ha, istismar müddəti 10 ay, başlanğıc qiyməti 9000 AZN, yekun qiyməti 9600 AZN olub. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC .
-
LOT-4 - Həcmi 100000 m³, sahəsi 5 ha, istismar müddəti 10 ay, başlanğıc qiyməti 10000 AZN, yekun qiyməti 10700 AZN olub. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC .
Nic Gil Yatağı
Oğuz rayonunda yerləşən “Nic” gil yatağı üzrə yalnız bir LOT təklif edilib:
-
LOT-1 - Həcmi 161000 m³, sahəsi 3.5 ha, istismar müddəti 10 ay, başlanğıc qiyməti 16100 AZN, yekun qiyməti 16700 AZN olub. Hərracın qalibi "Körpü-Bina-Tikinti" MMC .
Qeyd edək ki, Körpü-Bina-Tikinti" MMC -nin adı ötən ilin oktyabrında Sabunçuda tunelə yağış sularının dolması hadisəsində hallanıb. Tunelə suyun dolması nəticəsində 2 nəfər boğulartaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi mətbuatda müzakirələrə səbəb olub. (https://oxu.az/cemiyyet/iki-neferin-olumune-sebeb-olan-tuneli-kim-tikmisdi)
Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel "Azərbaycan Dəmir Yolları"nın sifarişi əsasında "Körpü Bina Tikinti" MMC tərəfindən inşa edilib və 2020-ci il martın 13-də istifadəyə verilib.