“Xıllı Balıq” MMC 1500 kq dərmana 246 min manat təklif edir

11 Avqust 2025
09:14
“XILLI BALIQ” Məhdud Məsuliyyətli Cəmiyyəti süni və canlı balıq yeminin, eləcə də bir sıra digər məhsulların satın alınması üçün açıq tender elan edib.
Tenderin proqnozlaşdırılan dəyəri 245 999,15 manat təşkil edir. Müsabiqəyə çıxarılan malların siyahısına sönmüş əhəng, müxtəlif dərmanlar (bənövşəyi K, yod, antibiotik, hipofiz nərə, antibak) daxildir.
Təşkilatın VÖEN-i 6501211891-dir və Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşir.
Tenderə təkliflərin təqdim olunması üçün son tarix 2025-ci il avqustun 29-u, saat 17:00-a qədərdir. Zərflərin açılışı da həmin tarixdə, saat 17:00-da baş tutacaq. Müsabiqənin nömrəsi 116699-dur.
MONETAR.AZ