İxtisas seçimi başladı - abituriyentlərin 9 gün vaxtı var

İxtisas seçimi başladı -
11 Avqust 2025 10:08

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, ixtisas seçimi avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Xatırladaq ki, DİM “Abituriyent” jurnalının 4-cü nömrəsi, “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı kitabçalar, “Subbakalavr” peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olunmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edərək satışa çıxarıb.

MONETAR.AZ


Oxşar xəbərlər