Qızılın qiyməti rekorda doğru gedir: Yeni proqnozlar açıqlandı

Qızılın qiyməti ilə bağlı yayılan şayiələr bazarı hərəkətə gətirdi. ABŞ-ın qızıl külçələrinə əlavə vergi (tarif) tətbiq edəcəyi barədə xəbərlər qiymətlərin kəskin artmasına səbəb oldu.
ABŞ Gömrük Xidmətinin saytında yayılan bir məlumatdan sonra investorlar qızılın bahalaşacağından narahat oldular. Bu isə bazarda qısa müddətli də olsa, böyük bir dalğalanma yaratdı. Lakin Ağ Evdən gələn təkziblərdən sonra qiymətlər bir qədər sabitləşdi.
Məşhur "Goldman Sachs" bankının mütəxəssisləri bildiriblər ki, bu cür şayiələr qiymətlərə böyük təsir etməyəcək. Onların proqnozlarına görə, qızılın qiyməti gələcəkdə daha da artacaq:
-
2025-ci ilin sonuna bir unsiya qızıl 3 700 dollar ola bilər.
-
2026-cı ilin ortalarında qiymət 4 000 dollara çataraq yeni bir rekord qıra bilər.
MONETAR.AZ