Neftin qiymətində ucuzlaşma davam edir

Ötən həftə faizdən çox ucuzlaşan neftin qiyməti bazar ertəsi günü də enməyə davam edib.
Bu barədə bazar ertəsi günü dərc edilən məlumatda bildirilir. Belə ki, Brent markalı neftin fyuçers qiymətləri 0,78 faiz enərək bir barel üçün 66,07 dollar təşkil edib. ABŞ-ın WTI markalı xam nefti isə 58 sent ucuzlaşaraq 63,30 dollar səviyyəsinə düşüb. Qiymətlərin enməsinə bir neçə amil təsir edib. Bunlar ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi yüksək tariflər, OPEC-in hasilatı artırması və Ukrayna münaqişəsinin başa çatması ilə bağlı gözləntilərdir.
ABŞ Prezidenti Donald Trampın avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi barədə açıqlaması da bu gözləntiləri gücləndirib. Görüşün əsas məqsədi Ukraynada sülh sazişinin əldə edilməsidir. Saziş baş tutarsa, Rusiyaya qarşı tətbiq olunan neft sanksiyaları aradan qaldırıla bilər.
Tramp bu yaxınlarda Rusiyaya sülhə nail olmaq üçün son tarix vermiş və əks halda Rusiya nefti alıcılarının ikinci dərəcəli sanksiyalara məruz qalacağını bildirmişdi. ABŞ həmçinin Hindistana Rusiyadan neft idxalını azaltması üçün təzyiq göstərir.
MONETAR.AZ