Azərbaycanda su kanalı 96 milyon manata yenidən qurulacaq

Azərbaycanda su kanalı
11 Avqust 2025 17:20

 Azərbaycanın suvarma infrastrukturunun yenilənməsi istiqamətində daha bir iri layihəyə start verilir. Yeni Cənubi Muğan suvarma sisteminin yenidən qurulmasının birinci mərhələsi çərçivəsində iri tender elan edilib.

"Tikilməkdə olan obyektlərin müdiriyyəti" publik hüquqi şəxsinin elan etdiyi tender Yeni Cənubi Muğan kanalının Maşın qolunun nasos stansiyası ilə birlikdə yenidən qurulmasını əhatə edir. Layihənin iqtisadi əhəmiyyəti onun kənd təsərrüfatı məhsullarının istehsalı potensialını əhəmiyyətli dərəcədə artırması ilə bağlıdır.

Tenderin ehtimal olunan dəyəri 95 milyon 595 min 782 manat təşkil edir. İştirak haqqı 10 min manat olaraq müəyyən edilib. İddiaçılar təkliflərini 2025-ci il sentyabrın 26-na qədər təqdim edə bilərlər. Tender zərflərinin açılışı da həmin tarixdə baş tutacaq.

MONETAR.AZ


Oxşar xəbərlər