Təhlükənin bir addımlığında - dollar 43 lirəni aşarsa...

8 Avqust 2025
09:32
Türkiyə höküməti inflyasiya ilə mübarizədə hədəflərdən yayınmamaq üçün məzənnədəki artımı məhdudlaşdırmağa və əmək haqqını nəzarətdə saxlamağa çalışır.
Son inflyasiya hesabatına görə,aprel ayından bəri dollar məzənnəsindəki orta aylıq 1,8%-lik artım davam edərsə, ilin sonunda məzənnənin 44,5 lirəyə çatması ehtimal olunur.
Bank mütəxəssislərinin proqnozuna görə məzənnə 43 TL səviyyəsini aşarsa ilin sonunda inflyasiyanın Mərkəzi Bankın 29%-dən aşağı hədəf diapazonunda qalması təhlükəyə düşə bilər.
Qlobal və daxili siyasi hadisələrlə əlaqədar zaman-zaman kəskin dalğalanan dollar ilin əvvəlindən bəri 15%, avro isə 30% bahalaşıb. Dünən dollar günü 40.6160 lirədən, avro isə 47.3980 lirədən tamamlayıb.
MONETAR.AZ