Eldar Qəribovun bankı bloqqerə uduzdu

Bloqer Ramal İsayev ilə “Unibank” Kommersiya Bankı ASC arasında bir ildən artıq davam edən məhkəmə prosesi yekunlaşıb. Bank tərəfindən İsayevə qarşı “Leobank” kartı üzrə kredit borcunun ödənilməsi tələbi ilə iddia qaldırılmışdı.
Patrulaz.az xəbər verir ki, Biləsuvar Rayon Məhkəməsində araşdırılan iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası və təqdim olunan sübutlar əsasında, məhkəmə Unibankın irəli sürdüyü iddiaların əsassız olduğuna qərar verib. Qərara əsasən, bankın tələbi rədd edilib və ödənilmiş dövlət rüsumu ilə yanaşı, ekspertiza xərclərinin də Unibank tərəfindən dövlət büdcəsinə ödənilməsi müəyyən olunub.
Ramal İsayev sosial şəbəkədə paylaşım edərək, məhkəmə prosesində hüquqlarını əsasən özü müdafiə etdiyini, yalnız dostu olan hüquqşünas Ramil Vəliyevdən zaman-zaman məsləhətlər aldığını bildirib:
“Bu təcrübə mənə göstərdi ki, haqlı olan insan qorxmamalı və hüquqlarını müdafiə etməkdən çəkinməməlidir. Hər zaman dəstəyiniz üçün sizə minnətdaram.”