"Birkart BOKT"-un 11,5 faizlə istiqraz buraxmaqda marağı nədir?

"Birkart BOKT"-un 11,5 faizlə
8 Avqust 2025 10:16

7 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BİRKART BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

Marja xəbər verir ki, qeyd olunan qiymətli kağızların abunə yazılışı 11.08.2025-ci il tarixində başlayıb, 09.09.2025-ci il tarixində bitəcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "BİRKART BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001027732

İstiqrazın növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması: Kütləvi / Abunə Yazılışı

İstiqrazların sayı: 20 000 (ədəd)

İlkin ticarət qiyməti: 100 AZN

İstiqrazların buraxılış həcmi: 2 000 000 AZN

İllik gəlirlilik faizi: 11.5%

Ödəmə periodu: Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 (bir) il müddətində, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir.

Tədavül müddəti:  12 ay

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

"BİRKART BOKT" MMC istiqraz sahiblərinə 11.5 % illik gəlir ödəməlidir. Eyni zamanda, öz əməliyyat xərclərini, risklərini və mənfəətini də nəzərə almalıdır. Bu səbəbdən vətəndaşlara veriləcək kreditlərin illik faiz dərəcəsi mütləq 11.5%-dən xeyli yuxarı olacaq.  Bu, bankların istehlak kreditləri ilə müqayisədə bir qədər yüksək ola bilər.

MONETAR.AZ


Oxşar xəbərlər