Balıkəsirdə axtarış-xilasetmə işləri davam etdirilir

Balıkəsirdə axtarış-xilasetmə işləri
11 Avqust 2025 08:47

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Təbii fəlakət nəticəsində 29 nəfər yaralanıb.

Bu barədə Türkiyə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib. Bildirilib ki, yaralıların vəziyyəti ağır deyil. Zəlzələnin episentri Balıkesirin Sındırgı rayonu olsa da, təkanlar ətraf vilayətlərdə, o cümlədən İstanbulda da hiss olunub.

Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) məlumatına görə, bu təkanlar yerin 6,78 km, 7 km və 16,07 km dərinliklərində meydana gəlib. Sındırgı bələdiyyə sədri Serkan Sakın sözlərinə görə, rayonda ondan çox bina dağılıb, lakin insan tələfatı barədə məlumat yoxdur. Dağılmış binalardan 2 nəfərin çıxarılması üçün xilasetmə işləri aparılır.

MONETAR.AZ


Oxşar xəbərlər