Kreditlərini könüllü sığortalayanların sayı artır

6 Avqust 2025
09:20
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda kreditlərin könüllü sığortasına maraq əhəmiyyətli dərəcədə artıb.
MONETAR.AZ Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu dövrdə kredit sığortası üzrə yığımlar 10,7 % (243 min manat) artaraq 2 milyon 275 min manatdan 2 milyon 518 min manata yüksəlib.
Maraqlıdır ki, yığımlardakı bu yüksəlişə baxmayaraq, sığorta ödənişləri demək olar ki, dəyişməyib. Ödənişlər cəmi 1000 manat (2,6 %) azalaraq 38 min manatdan 37 min manata düşüb.
Nəticədə zərərlilik göstəricisi də praktiki olaraq sabit qalıb və 0.2 faiz bəndi azalaraq 1,7 %-dən 1,5%-ə enib.
Qeyd edək ki, Azərbaycanın ümumi sığorta bazarı da illik 12,7% böyüyüb və bu artımda həyat sığortası aparıcı qüvvə olub.