Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən qonaqların qəbulu ilə bağlı təşkilati xidmətlərin satın alınması məqsədilə keçirilmiş açıq tender yekunlaşıb.
MONETAR.AZ dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir ki, tender komissiyasının qərarına əsasən, "İNTERNATİONAL MİCE COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müsabiqənin qalibi elan edilib.
Qalib şirkətlə ARDNF arasında ümumi məbləği 102 min 978,6 AZN təşkil edən müvafiq satınalma müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "İNTERNATİONAL MİCE COMPANY" MMC qurumun rəsmi qonaqlarının qəbulu ilə bağlı təşkilati xidmətlərin göstərilməsini təmin edəcək.