Neftçalada 20 üçotaqlı mənzilin alınması üzrə müsabiqə ləğv olundu

Neftçalada 20 üçotaqlı mənzilin alınması üzrə

Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyinin Neftçala rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 20 ədəd üçotaqlı mənzilin satın alınması məqsədilə elan etdiyi müsabiqə ləğv edilib.

Müsabiqə 2025/AT/00360/V3 nömrəsi ilə keçirilirdi və “Yaşayış binaları və tikililəri” təsnifat kodu (95122100) üzrə təşkil olunmuşdu. Satınalma çərçivəsində ehtimal olunan ümumi dəyər 1 974 000 manat təşkil edirdi. Bu da 1 mənzilin ortaq qiymətinin 98 700 manat onlamsı deməkdir.

Müsabiqə 13 noyabr 2025-ci il saat 16:32-də elan olunmuş, təkliflərin son təqdim olunma tarixi və zərflərin açılışı 21 noyabr 2025-ci il saat 17:00 olaraq müəyyən edilmişdi.

Agentlik tərəfindən bildirilib ki, müsabiqə 36.1.1 maddəsinə əsasən ləğv edilib, çünki satınalmada iştirak etmək üçün tələb olunan lisenziyaya və ya icazəyə malik təchizatçıların sayı üçdən az olub.

MONETAR.AZ