Su Təchizatı Xidməti "zapçast"ları bu şirkətdən alacaq

Su Təchizatı Xidməti "zapçast"ları

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansındakı Mitsubishi, Toyota və Nissan markalı avtomobillərin işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin satın alınması üzrə tenderi yekunlaşdırıb.

Tender 120275 nömrəsi ilə təşkil olunub və “Nəqliyyat təmir hissələri dəstləri” (25175100) təsnifat kodu üzrə keçirilib. Satınalmanın ilkin qiyməti 2 462 197,83 manat göstərilsə də, qalib “Caspian Expert Group” MMC işləri 1 290 488,12 manat məbləğə həyata keçirəcək.

Tender 29 sentyabr 2025-ci il saat 16:59-da elan olunub, təkliflərin təqdim olunma və zərflərin açılış tarixi isə 28 oktyabr 2025-ci il saat 17:00 olub.

Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 67, AZ 1012, VÖEN: 9900001751.

MONETAR.AZ