25 günə çöküş: Yaxın Şərqdə neft hasilatı dayana bilər

25 günə çöküş: Yaxın Şərqdə neft hasilatı

JPMorgan Chase & Co.-nin analitikləri xəbərdarlıq edib. Əgər Hörmüz boğazı 25 gündən uzun müddət bloklanarsa, Fars Körfəzi ölkələrinin böyük hissəsi neft saxlama imkanlarını tükədəcək və məcburi olaraq hasilatı dayandırmalı olacaq. Bu barədə Bloomberg yazır.

Rəsmi olaraq boğaz bağlı olmasa da, gəmi sahibləri raket atəşləri səbəbindən tanker hərəkətini özü dayandırıb. 28 fevral tarixində boğazdan ixrac sutkada 4 milyon barel səviyyəsinə enib. Adətən bu həcm dörd dəfə yüksəkdir.

Regionun 7 istehsalçısı — Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Qətər, Omanİran hazırda ixrac edilə bilməyən nefti saxlamaq üçün məhdud anbar imkanlarına malikdir. Cari hasilat səviyyəsində torpaqüstü anbarlar 22 gündə dolacaq.

Bundan əlavə, körfəzdə təxminən 60 boş tanker var ki, əlavə 50 milyon barel qəbul edə bilər. Bu, əlavə 3–4 günlük gecikmə təmin edir. 25–26 gün ərzində neft fiziki olaraq saxlana biləcək yer qalmayacaq.

Səudiyyə ƏrəbistanıBƏƏ-nin alternativ neft kəmərləri isə dəniz yolunun bağlanmasını kompensasiya edəcək gücə malik deyil.

MONETAR.AZ