Qatar Energy hücum səbəbindən LNG istehsalını dayandırır

Qatar Energy hücum səbəbindən LNG

Dövlət neft-qaz şirkəti Qatar Energy edilən hava hücumları səbəbindən mayeləşdirilmiş təbii qaz (LNG) və əlaqəli məhsulların istehsalını dayandırdığını elan edib.

Şirkətin açıqlamasında bildirilir: “Qatar Energy sənaye şəhərləri Ras-Laffan və Mesaiddəki əməliyyat obyektlərinə edilən hərbi hücum səbəbindən mayeləşdirilmiş təbii qaz və əlaqəli məhsulların istehsalını dayandırır.” deyə katarlı “Ash-Sharq” qəzeti xəbər verir.

Şirkət həmçinin vurğulayıb ki, bütün maraqlı tərəflərlə münasibətləri yüksək qiymətləndirir və məlumat daxil olduqca yenilikləri təqdim etməyə davam edəcək.