Fars körfəzində ən azı 40 supertanker hərəkətsiz vəziyyətdədir

Fars körfəzində ən azı 40 supertanker

Gəmilərin izlənməsi sistemi Kpler-in məlumatına görə, hazırda Fars körfəzində hər biri təxminən 2 milyon barel neft daşıyan ən azı 40 çox iri neft tankeri (VLCC) dayanmış vəziyyətdədir.

Bir sıra gəmi sahibləri və kapitanlar təhlükəsizliklə bağlı vəziyyət aydınlaşana qədər boğazdan keçməyə cəhd etmədiklərini bildiriblər. Böyük gəmiçilik şirkətləri də gəmilərə yerində qalmağı tövsiyə ediblər.

İran ABŞ və İsrailin şənbə günü başlatdığı zərbələrdən sonra strateji əhəmiyyətli boğazı rəsmi olaraq bağlamasa da, gəmiləri ora daxil olmamaq barədə xəbərdar edib. Bazar ertəsi səhərinə olan məlumata görə, azı üç gəmi atəşə tutulub. Dünyanın ən böyük dəniz sığorta şirkətlərinin yarıdan çoxu da Fars körfəzinə daxil olan gəmiləri hərbi risklərdən sığortalamaqdan imtina edib.

Gəmi hərəkətini izləyən Vortexa platformasının məlumatına əsasən, 1 mart tarixində boğazdan cəmi dörd supertanker keçib, halbuki bir gün əvvəl bu rəqəm 22 idi.

MONETAR.AZ