Almaniya, Fransa və Böyük Britaniya liderləri birgə bəyanatla İrana xəbərdarlıq edib. Bildirilib ki, Tehran Yaxın Şərqdəki müttəfiqlərinə qarşı hücumlarını davam etdirərsə, Qərb ölkələri hərbi tədbirlər görməkdən çəkinməyəcək.
Rəsmi açıqlamada vurğulanır ki, bu qərar müttəfiqlərin təhlükəsizliyinin təmin edilməsi və regionda stabilliyin qorunması məqsədi daşıyır. Analitiklər hesab edirlər ki, belə bəyanatlar regionda gərginliyi artırır və potensial hərbi qarşıdurma riskini yüksəldir.
MONETAR.AZ