ABŞ Prezidenti Donald Tramp İran əleyhinə hərbi əməliyyat fonunda İsrail, Bəhreyn və BƏƏ liderləri ilə telefon danışığı həyata keçirib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat yayıb.
Levitt bildirib ki, Trampın üç ölkənin liderləri ilə danışığı martın 1-də baş tutub. Həmçinin ABŞ prezidentinə Texas ştatında baş vermiş atışma barədə məlumat verilib.
Ekspertlər bildirirlər ki, bölgədəki gərginlik beynəlxalq təhlükəsizlik və enerji bazarlarına ciddi təsir göstərə bilər. ABŞ-ın Yaxın Şərq liderləri ilə əlaqə saxlaması isə regionda vəziyyətin stabilləşdirilməsinə yönəlmiş diplomatik addım kimi qiymətləndirilir.
MONETAR.AZ