Dubayda bir sıra otellər qiymətləri artırıb, bəzi hallarda isə fərdi qaydada səfər edən turistlər hotellərdən çıxarılır.
Dubay Turizm İdarəsi turistlərin xərclərini yalnız onların maddi imkanı olmadıqda və əvvəlcədən quruma müraciət etdikləri halda ödəməyə hazır olduğunu açıqlayıb. Bu isə bəzi otellərdə fərdi turistlərin küçəyə çıxarılması halları ilə nəticələnib. Eyni zamanda, ayrı-ayrı otel sahiblərinin qiymətləri artırdığı qeyd olunur.
Ekspert vurğulayıb ki, BƏƏ-nin müxtəlif əmirlikləri yaranmış vəziyyətə fərqli yanaşma nümayiş etdirib. Belə ki, Əbu-Dabi və Ras əl-Xayma əmirliklərinin turizm qurumları çətin vəziyyətdə qalan turistlərin yaşayış xərclərinin kompensasiyası barədə qərar qəbul ediblər.
Turizm bazarı iştirakçıları hesab edirlər ki, yaranmış vəziyyət regionun turizm imicinə təsir göstərə və hotellərin qiymət siyasətinə dair müzakirələri gücləndirə bilər.
MONETAR.AZ