İran Pazan yatağında 10 trilyon kub fut təbii qaz kəşf edib

İranın neft naziri Möhsün Paknejad ölkənin cənubundakı Pazan yatağında 10 trilyon kubfut təbii qaz kəşf etdiyini bildirib.
Paknejadın nazirliyin Şana xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu yataqda kəşfiyyat işlərində səkkiz illik fasilədən sonra baş verib.
"Bu yataqda 10 trilyon kub fut qaz var və əgər biz 70% hasilat dərəcəsini nəzərə alsaq, 7 trilyon kub fut əldə edə bilərik" Paknejad bildirib.
Nazir qeyd edib ki, yeni aşkar edilmiş ehtiyatlar yaxın illərdə İranın mövcud qaz təchizatı problemlərinin həllinə kömək edə bilər. Dünyada ikinci ən böyük təbii qaz ehtiyatına malik olmasına baxmayaraq, İran yüksək tələbatlı aylarda tədarük problemi ilə üzləşir, çünki hasil edilən qazın böyük hissəsi yerli istehsalda istehlak edilir və ya məşəldə yandırma nəticəsində itirilir.
Paknejad hesab edir ki, yeni aşkar edilmiş ehtiyatlarda hasilata başlamaq üçün təxminən 40 ay vaxt lazımdır.
MONETAR.AZ