Macarıstan və Serbiya yeni boru kəməri tikintisi barədə razılığa gəlib

Macarıstan və Serbiya yeni boru kəməri tikintisi barədə

Rusiya ilə enerji əməkdaşlığını davam etdirən Macarıstan və Serbiya hökumətləri ölkələr arasında yeni boru kəmərinin inşası barədə razılığa gəliblər. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto-nun bəyanatına istinadən «Kommersant» yazır.

Yeni boru kəməri vasitəsilə benzin və dizel yanacağının istehsalı üçün zəruri olan neft emalının aralıq məhsulları nəql ediləcək. Nazir qeyd edib ki, söhbət xam neft tədarükü üçün nəzərdə tutulan neft kəmərinin tikintisindən ayrı, müstəqil bir layihədən gedir. Danışıqlarda Serbiya tərəfdən energetika naziri Dubravka Djedoviç-Handanoviç iştirak edib.

Bu təşəbbüs ABŞ-ın Serbiyanın “Neft Sənayesi” şirkətinə (NIS) qarşı sanksiyalarının tam qüvvəyə minməsi təhlükəsi fonunda müzakirə olunur. Vaşinqton şirkətdə nəzarət paketinə sahib olan rusiyalı səhmdarların — GazpromGazprom Neft-in şirkətdən çıxmasını tələb edir. Hazırda əməliyyat fəaliyyəti üçün lisenziyanın müddəti 20 martadək, rus səhmdarların çıxışı üzrə danışıqlar üçün isə 24 martadək uzadılıb.

Aktivin alınması üçün əsas namizəd Macarıstanın MOL şirkətidir. Şirkət bu məqsədlə “Gazprom Neft”lə müvafiq ilkin razılaşma imzalayıb.

Keçən həftə Serbiyanın Srbijagas şirkətinin rəhbəri Duşan Bayatoviç bildirmişdi ki, yaxın bir ay ərzində Rusiya ilə Balkan ölkəsinə altı ay müddətinə qaz tədarükü barədə müqavilə imzalanacaq.

MONETAR.AZ