Yaxın Şərq liderləri ABŞ-ı İrana qarşı əməliyyatlar nəticəsində neft qiymətlərinin 100 dolları keçə biləcəyi barədə xəbərdar ediblər. RBC analitiki Helima Kroft Reutersə bildirib ki, hazırda bir barrelin qiyməti təxminən 80 dollara doğru gedir.
ICIS şirkətinin enerji və emal üzrə direktoru Acay Parmar isə əsas səbəbin Hörmüz boğazının bağlanma riski olduğunu vurğulayıb. Hörmüz boğazından dünya neftinin təxminən 20%-i və mayeləşdirilmiş təbii qazın 30%-i keçir. Bu boğaz qlobal enerji axını üçün kritik əhəmiyyət daşıyır.
Parmar bildirib ki, ticarət açıldıqdan sonra qiymətlər 100 dollara yaxınlaşacaq və əgər boğaz uzun müddət bağlı qalarsa, bu səviyyəni aşa bilər.
MONETAR.AZ